Krımda yaşayan erməninin silah anbarı gizlətdiyi aşkarlanıb

2018/04/234234_1524819985.jpg
Oxunub: 3255     17:32     27 Aprel 2018    
Krımda yaşayan erməninin İkinci Dünya Müharibəsi dövründən qalan silahların olduğu silah anbarı gizlətdiyi məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə armyans.info saytı məlumat yayıb.

Məlumata görə, 36 yaşlı adı açıqlanmayan erməninin öz qarajında silah anbarı gizlədiyi aşkarlanıb.

Polis reydi nəticəsində erməninin qarajında 3 ədəd dəbilqə, 4 ədəd müxtəlif atıcı silah, M-16 tüfəngləri üçün daraq, “Deqtyarev” pulemyotundan çıxarılan daraq, tüfəng bıçağı, texniki xidmət penalı və bir neçə ədəd süngü-bıçaq aşkarlanıb.

Silah arsenalı müsadirə edilərək ekspertizaya göndərilib. Silahları gizlədən erməninin isə cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krım   Erməni   Silah-anbarı  


Bizi "telegram"da izləyin