ABŞ koalisiyası Suriya və İraqda 883 dinc sakini öldürüb – HESABAT

2018/04/54656_1524819228.jpg
Oxunub: 3209     16:52     27 Aprel 2018    
ABŞ koalisiyasının aviazərbələri nəticəsində Suriya və İraqda ölən dinc sakinərin sayı 883 nəfərə çatıb.

Ordu.az Dw.com saytına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyasının hesabatında bildirilir.

“Onların hamısı 2014-cü ildən – İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatların başlamasından təsadüfi şəkildə aviazərbələrin qurbanı olublar. Daha 476 hal üzrə isə hazırda açıq araşdırma aparılır”, - deyə hesabatda vurğulanır.

Qeyd edilir ki, ABŞ-ın başçılıq etdiyi koalisiyası 2014-cü ilin avqustundan 2018-ci ilin martınadək Suriya və İraqa 29 min aviazərbə endirib. Bu müddət ərzində 2135 dinc sakinin ölməsi barədə məlumat daxil olsa da, onlardan 277-si təsdiqini tapmayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya-İraq  


Bizi "telegram"da izləyin