Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.
“Hipersəs silahları 1 nömrəli prioritetdir. Biz yalnız istehsalı deyil, həm də ondan müdafiə vasitəsini nəzərdə tuturuq. Deyərdim ki, bu, bütün texnologiyalarımız arasında ən vacibidir”, - deyə Mettis bildirib.
O qeyd edib ki, hərbi elmi-araşdırma sahəsinə nəzarət edən Maykl Qriffinə bütün diqqətini hipersəs silahının hazırlanmasına yönəltməli olduğunu açıqlayıb.
Ağalar Qəribov
Ordu.az