Ordu.az “Belarus hərbi qəzeti” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Qərb Hərbi Dairəsi qoşunlarının komandanı, general-polkovnik Andrey Partapolov bəyan edib.
“Artıq hazırlıq məqsədilə keçirilən konfransda detallı şəkildə “Qərb-2017” təlimlərinin nəticələri analiz edilib. Bu, xüsusilə Qərb Hərbi Dairəsi və Belarus hərbçiləri arasında artıq yeni təlimlərə hazırlığın başladığını nəzərə aldıqda böyük əhəmiyyət kəsb edir”, - deyə Kartapolov bildirib.
O qeyd edib ki, ölkələrin əməkdaşlığının yüksək səviyyəsi İttifaq dövlətlərinin müdafiə potensialını daha da gücləndirəcək.
Ağalar Qəribov
Ordu.az