Türkiyə polisi İzmirdə İŞİD rəhbələrindən birini saxlayıb

2018/04/56456_1524816021.jpg
Oxunub: 1727     16:00     27 Aprel 2018    
Türkiyənin İzmir şəhəri polis idarəsinin cinayətə qarşı mübarizə şöbəsinin əməkdaşları İŞİD terror qruplaşmasının 4 üzvünü saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Doğan” agentliyi məlumat yayıb.

Məlmata görə, saxlanılanlar arasında Suriyanın Deyr əz-Zor şəhərinə nəzarətə rəhbərlik edən İŞİD lideri də var.

İnisialları K.E.X olaraq açıqlanan saxlanılan şəxsin 2017-ci ilin dekabrında Saidat regionunda dinc əhalinin kütləvi edamına başçlıq edənlərdən biri olduğu qeyd olunur. Bu şəxsin həmçinin İŞİD əsas rəhbəri Əbu Bəkr əl-Bağdadiya ən yaxın olanlardan biri olması qeyd edilir.

K.E.X. ilə birgə saxlanılan digər üç nəfər də İŞİD-də yüksək mövqeyə sahibdir. Hazırda onlar sorğu-sual üçün polis idarəsindədirlər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-polisi   İzmir   İŞİD  


Bizi "telegram"da izləyin