ABŞ BMT-dəki əsas müttəfiq və rəqiblərini açıqlayıb

2018/04/345345_1524815866.jpg
Oxunub: 2417     15:56     27 Aprel 2018    
Böyük Britaniya, İsrail, Kanada, Ukrayna, Fransa və daha 5 ölkə 2017-ci ildə digər ölkələrlə müqayisədə daha davamlı şəkildə BMT Baş Assambleyasının qətnamələrinin baxılması zamanı ABŞ mövqeyindən çıxış edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ştatların irəli sürdüyü 93 qətnaməyə baxılması zamanı yalnız 31 faiz ölkə ABŞ-la birgə səs verib, bu isə 2016-cı ildəki göstərici ilə müqayisədə 10 faiz azdır.

Digər ölkələrlə müqayisədə ABŞ-da birgə səs verən ölkələr İsrail, Kanada, Ukrayna, Fransa, Avstraliya, Böyük Britaniya, Çexiya, Marşall adaları, Mikroneziya və Palaudur. Digər ölkələrlə müqayisədə ABŞ-ın əleyhinə səs verən ölkələr isə İran, KXDR, Cənubi Afrika, Suriya, Kuba, Türmənistan, Venesuela, Boliviya, Burundi və Zimbabvedir.

Bu göstəriciləri şərh edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli əsəbiləşərək BMT-nin ümumi büdcəsinin 22 faizini Birləşmiş Ştatların ödədiyini xatırladıb. O qeyd edib ki, bu, digər iri ölkələrin birgə ayırdığı vəsaitlərin cəmindən daha çoxdur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BMT  


Bizi "telegram"da izləyin