Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis İsrail baş naziri Aviqdor Libermanla görüşdən öncəki çıxışında bəyan edib.
“Biz hamımızı Cenevrə prosesini dəstəkləməli və Suriya böhranının diplomatik həllinə gəlməliyik. Staffan de Mistura da çalışır və Rusiya Yaxın Şərqdə stabilliyə nail olmaq istəyirsə, ona kömək etməlidir”, - deyə Mettis bildirib.
O qeyd edib ki, Suriyada döyüş fəaliyyətinin davam etməsi üçün atılan bütün addımlar faciəlidir.
Ağalar Qəribov
Ordu.az