Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Araşdırmalar Agentliyi (JAXA) məlumat yayıb.
“Biz Yaponiyada elm və texnologiyanın yüksək səviyyəsi, həmçinin yeniliklər üzrə geniş təcrübəmiz sayəsində bunu həyata keçirməyə nail olduq. Əldə olunan nəticəni əsas olaraq götürərək bundan sonra da texnoloji imkanlarımızı iştirak etməyi planlaşdırırıq”, - deyə JAXA-nın yaydığı açıqlamada bildirilir.
Raketin uzunluğu cəmi 9,54 metr, diametri 52 santimetr, çəkisi isə 2,6 ton təşkil edir. Ötən ilin yanvarında gəminin nəzərdə tutulan buraxlışı elektrik kabellərin müadafiəsi konstruksiyasındakı problemlərlə əlaqədar olaraq təxirə salındı, lakin bu il fevralın 3-də JAXA raketi kosmosa göndərməyə nail oldu. Daşıyıcısı vasitəsilə çəkisi cəmi 3 kiloqram olan TRİCOM-1R telekommunikasiya mikropeyki orbitə çıxarıldı.
Ağalar Qəribov
Ordu.az