ABŞ Quru Qoşunlarının AH-64E “Apache” helikopterlərinin yeni versiyasının tam əməliyyat sınaqları və vəziyyətinin qiymətləndirilməsi təxirə salınıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ordunun proqram rəhbəri polkovnik Tal Şeppard bildirib.
Onun sözlərinə görə, təxirə salınmasına səbəb sınaqların keçirilməsi üçün komandanın tam hazır olmamasıdır. Buna görə də sınaqların 2019-cu ilin yazına keçirilməsi planlaşdırılıb.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
AH-64E
Apache