Mettis və Liberman İranı müzakirə ediblər

2018/04/345345_1524810876.jpg
Oxunub: 3888     14:33     27 Aprel 2018    
Birləşmiş Ştatların Müdafiə naziri Ceyms Mettis israilli həmkarı Aviqdor Libermanı Pentaqonda qəbul edib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, nazirlər İranın regiondakı fəaliyyətini və digər ortaq narahatlıqları müzakirə ediblər.

Liberman İranın Yaxın Şərqə ən böyük təhdid olduğunu vurğulayıb və onun Yəməndə, Livanda, Suriya və İraqdakı fəaliyyətlərinin bölgədə stabilliyi pozduğunu əlavə edib.

Mettis isə ABŞ və İsrail arasındakı hərbi əməkdaşlığın Yaxın Şərqdə təhlükəsizlik və stabilliyi təmin etmək baxımından çox əhəmiyyətli olduğunu qeyd edib. O, ölkəsinin İranla nüvə razılaşmasından çəkilib-çəkilməyəcəyinə dair son qərarı vermədiyini açıqlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis-Liberman   İran  


Bizi "telegram"da izləyin