Cina Hespel MKİ direktoru səlahiyyətlərini qəbul edib

2018/04/5aa8cf53370f2c50548b45c945645_1524810777.jpg
Oxunub: 2009     14:31     27 Aprel 2018    
ABŞ prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsi direktoru vəzifəsinə namizədliyini irəli sürdüyü Cina Hespel rəsmi şəkildə bu idarənin rəhbəri səlahiyyətlərini həyata keçirməyə başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsi mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur.

“Bu gün Maykl Pompeonun dövlət katibi vəzifəsində and içməsi ilə əlaqədar olaraq Cina Hespel MKİ rəhbəri səlahiyyətlərini icra etməyə başlayıb”, - deyə bəyanatda bildirilir.

Cina Hespel də öz növbəsində açıqlama ilə çıxış edərək Pompeonu yeni vəzifəyə seçilmə münasibətilə təbrik edib.

“Mənim üçün bu həlledici məqamda MKİ-yə rəhbərlik etmək böyük şərəfdir”, - deyə Hespel açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKİ   Cina-Hespel  


Bizi "telegram"da izləyin