Yaponiya və ABŞ F-35-lərin iştirak ilə hərbi təlimlər keçirəcək

2018/04/F-35B_170412_01546_1524809499.jpg
Oxunub: 3528     14:10     27 Aprel 2018    
ABŞ Hərbi Hava Qüvvələri və Yaponiya Hava Özünümüdafiə Qüvvələri mayın 9-dan 24-dək birgə təlimlər keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Yaponiyanın Aomori prefekturasında keçiriləcək təlimlərdə ABŞ-ın Yamaquti prefekturasındakı İvakuni bazasından 8 ədəd F-35B qırıcısı və 140 Amerika Hərbi Hava Qüvvələrinin əsgəri iştirak edəcək.

Yaponiya Özünümüdafiə Qüvvələri isə təlimlərdə 1 ədəd F-35A, 4 ədəd F-2 və 4 ədəd F-15 qırcısı ilə təmsil olunacaq.

Təlimlər çərçivəsində tərəflər döyüş şəraitində qarşıqlı əməkdaşlığa dair tapşırıqlar icra edəcək, həmçinin Misava bazasındakı poliqonda yerüstü hədəfərin bombardmanını həyata keçirəcəklər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya-ABŞ   Təlimlər  


Bizi "telegram"da izləyin