Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin KXDR üzrə keçmiş eksperti Evans Rever bəyan edib.
“Cənubi Koreya prezidenti Mun Çje İn üçün prioritet mövzulardan biri Şimali Koreya tərəfindən nüvəsizləşdirmə ilə bağlı konkret bəyanatların alınmasına çalışmaq olacaq. Lakin KXDR liderinin nüvə proqramı ilə bağlı əhəmiyyətli güzəştə gedəcəyinə inanmıram”, - deyə Rever bildirib.
O qeyd edib ki, indiyədək Şimali Koreya tərəfinin səsələndiridiyi bəyanatlar konkretliyə malik olmayıb və Pxenyanın nüvəsizləşdirməyə müsbət yanaşdığını düşünmək doğru olmaz.
Ağalar Qəribov
Ordu.az