Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pompeo bu gün NATO-ya üzv dövlətlərin Xarici İşlər nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə yollanıb.
Ekspertlər Pompeonun Trampın daha öncə də dilə gətirdiyi əsas ismarıcı nazirlərə çatdıracaq: Tramp NATO üzvlərinin hərbi xərclərini artırmasını və ABŞ-ın çiyinlərindəki yükü bölüşdürmələrini istəyir.
Lakin Almaniya kimi bəzi üzv ölkələr 2016-cı ilin sentyabr ayında baş tutan sammitdə NATO-nun 2%-lik hərbi xərc tələbini qarşılamaqda həvəssiz olduqlarını ortaya qoyub.
Qeyd edək ki, bu gün NATO-nun 28 üzv ölkəsinin Xarici İşlər naziri bu gün Brüsseldə bir araya gələcək.
Ağalar Ağalarlı
Ordu.az