Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın NATO yanındakı daimi nümayəndəsi Kay Bayli Hutçison səsləndirib.
“Biz bu mövzu üzərində Türkiyə ilə dəfələrlə danışmışıq. İnanıram ki, bir-birimizin mövqelərinə qarşı anlayışla yanaşırıq. Zənnimcə hər iki tərəf digərinin bu ölkədəki missiyasının nədən ibarət olmasını aydın bilir”, - deyə xanım Hutçison bildirib.
Türkiyə və ABŞ arasında mövcud olan gərginliyin nəticələri barəsində sualı cavablayan nümayəndə tərəflər arasında hansısa münaqişənin olacağını düşünmədiyini vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az