Merkel Trampla görüş üçün Vaşinqtona gəlib

2018/04/1705_1524807334.jpg
Oxunub: 2842     13:33     27 Aprel 2018    
Almaniya kansleri Angela Mergel Birləşmiş Ştatlar prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gəlib.

Ordu.az DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, Almaniya kanslerinin səfəri 1 gündən az çəkəcək, danışıqlar isə iki saat yarım çəkəcək.

Danışıqlar çərçivəsində diqqət mərkəzində olan əsas məsələlər İranın nüvə müqaviləsinin gələcəyi, NATO çərçivəsində əməkdaşlıq, həmçinin Avropa İttifaqı və ABŞ arasındakı münasibətlərdə ticarət problemləri olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Angela-Merkel   Donald-Tramp   Almaniya   ABŞ   İran   NATO  


Bizi "telegram"da izləyin