Son 24 saat ərzində Ukraynanın şərqində fəaliyyət göstərən separatçı qüvvələr atəşkəsi 33 dəfə pozub.
Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Terrorizmlə Mübarizə Əməliyyatının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, separatçılar 82 və 120 mm-lik minaatanlardan hücum ediblər. Atəşkəsin pozulması nəticəsində 4 Ukrayna əsgəri yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ukrayna
Donbas
Atəşkəs