Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, onlar görüşdükdən sonra, Kim Çen In həmkarını Şimal tərəfə keçməyə dəvət edib və onlar əl-ələ tutaraq xəttin KXDR tərəfinə daxil olublar.
Demarkasiya xəttində ənənəvi Koreya musiqisi səsləndirilib və Kim Çen In Cənubi Koreyanın hərbi şərəf qvardiyasını salamlayıb.
Daha sonra 09:42 radələrində prezidentlər Sülh Evinə daxil olublar. Kim qonaq kitabını imzalayıb və ürək sözlərini yazıb.
Saat 10:30-da isə Cənubi və Şimali Koreya arasında tarixi üçüncü sammit başlayıb.
Ağalar Ağalarlı
Ordu.az