"Qarabağ danışıqlarının bərpa olunacağına ümid edirik" - Zaxarova

2018/04/xw_1181600345345_1524760732.jpg
Oxunub: 2856     00:31     27 Aprel 2018    
"Rusiya Ermənistanda vəziyyət sabitləşəndən sonra İrəvan və Bakı arasında Qarabağ danışıqlarının bərpa olunacağına ümid edir.

Ordu.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimizi dəfələrlə səsləndirmişik. Çıxış yolu sülh danışıqları müstəvisində olmalıdır. Ümid edirik ki, tərəflər danışıqlar prosesinə qayıdacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Zaxarova  


Bizi "telegram"da izləyin