Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO məlumat yayıb.
Məlumata görə, təlimlərdən 45-i yerüstü əməliyyatlara həsr olunacaq, 12 təlimdə isə aviasiya qüvvələri işə salınacaq. Daha 15 təlimdə isə diqqət dəniz əməliyyatlarına veriləcək.
O cümlədən bir sıra təlimlər kiber hücumların qarşısının alınması və böhran vəziyyətinə reaksiya verilməsinə həsr ediləcək.
NATO-nun 2018-ci ildə keçirəcəyi ən irimiqyaslı təlimlər isə oktyabrın 25-dən noyabrın 7-dək keçiriləcək “Trident Juncture” olacaq. Bu təlimlərdə 30-dan çox ölkədən olan hərbçilər iştirak edəcək.
Ağalar Qəribov
Ordu.az