Ordu.az “National İnterest”ə istinadən xəbər verir ki, bunu şirkətin prezidenti və icraçı direktoru olan Merlin Hyuson da təsdiqləyib.
“Biz ölkəmizin hərbi və milli təhlükəsizliyi üçün lazım olan vəsaitin nəzərdə tutulduğu 2018-ci il Konsolidasiya edilmiş Ödəniz Qanununun Konqresdən keçməsindən çox məmnunuq”, - deyə o bildirib.
2018-ci il üzrə büdcədə 2017-ci ilə nəzərən 14%-lik artım müşahidə olunur. Bu həm də son 15 ildə Pentaqonun büdcəsindəki ən böyük artımdır.
ABŞ Müdafiə Nazirliyinin əsas partnyoru olan “Lockheed” bu il ərzində ABŞ ordusuna əlavə 20 F-35 qırıcı, 17 transport təyyarəsi, 16 “Blackhawk” və “Seahawk”, 2 ədəd CH-53K helikopteri satmağı planlaşdırır.
Ağalar Ağalarlı
Ordu.az