“Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Edvard Nalbandyan bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə ediblər”.
Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“Xüsusilə Dağlıq Qarabağ və Azərbaycan arasındakı təmas xittənidə mövcud olan vəziyyət müzakirə olunub”, - deyə Zaxarova bildirib.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Lavrov
Nalbandyan
Qarabağ