Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.
“İki poliqon – Kemerovsk vilayətinin “Yurqinsk” və Novosibirsk vilayətinin “Şilovo” piloqonlarında helikopter ekipajları atəş-top silahları, aviasiya bombaları, idarəolunan və idarəolunmayan raketlər istifadə etməklə şərti rəqibin mövqelərini atəşə tutublar. Hücumların həyata keçirilməsi zamanı pilotlar “helikopter karuseli” taktikasından istifadə ediblər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu taktika Rusiyanın Suriyada keçirdiyi əməliyyatlarda aktiv şəkildə istifadə edilirdi.
Ağalar Qəribov
Ordu.az