Rusiya XİN: ABŞ silahsızlaşmaya dair müqaviləni icra etmir

2018/04/2345345_1524638984.jpg
Oxunub: 2922     14:48     25 Aprel 2018    
“Birləşmiş Ştatlar silahsızlaşma və silahlara nəzarət üzrə müqavilənin şərtlərini yerinə yetirmir”.

Ordu.az “Vesti” rasdiosuna istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, ABŞ Moskvann hərbi gücünü artırmasını əsas gətirərək bir çox beynəlxalq hüquq müddəları, xüsusilə də silahsızlaşma və silahlara nəzarət üzrə müqavilənin şərtlərini icra etmir.

“Maraqlı cəhətlərdən biri isə budur ki, Vaşinqton dünyada yeni nizam yaratmaq istəyini açıq şəkildə bəyan edərək bunu silahlar və hərbi güclə müdaxilə formasında nümayiş etdirməsinə baxmayaraq digər ölkələrin eyni addımları atmasını yolverilməz hesab edir”, - deyə məlumatda qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Silahsızlaşma  


Bizi "telegram"da izləyin