Rusiya MN 3 yeni zirehli maşını təqdim edib – VİDEO
Oxunub: 3600
13:52
25 Aprel 2018
Rusiya Müdafiə Nazirliyi üç ədəd yeni istesal edilən zirehli maşını nümayiş etdirib.
Ordu.az “Russia Today” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, VPK-3924 “Medved” zirehli avtomobili 8 döyüşçünün şiddətli atəş altında tam təchizat vəziyyətində çatdırılması təyinatlıdır. Maşının gövdəsi zirehdələn güllələrə qarşı tab gətirməyə qadirdir. Çəkisi 12 olan maşın 300 at gücünə malik dizel mühərriki ilə 90 kilometr/saat surətlə hərəkət edir.
İkinci yeni maşın yüngül “Tiqr” zirehli avtomobilidir. Maşının sükanı sağ tərəfdə yerləşir və bu xüsusiyyət ekspertlər arasında belə müxtəlif fikirlərin yaranmasına səbəb oldu. QAZ-ın hərbi zavodunda hazırlanan maşın 15 km/saat surətlə hərəkət edə bilir. Onun zirehli avtomat atəşinə qarşı etibarlı müdafiəni təmin edir.
Üçüncü maşın isə “Tiqr”in tibb təyinatlı variantıdır. Bu versiya silahlanmayıb, lakin xüsusi avadanlıqlara malik geniş tibb zalı var. Bu maşın fövqəladə hallar üçün nəzərdə tutulub.