Səudiyyə Ərəbistanının rəhbərliyi altında husilərə qarşı mübarizə aparan koalisiya qüvvələrinin “Patriot” sistemləri qiyamçılar tərəfindən atılan iki ballistik raketi zərərsizləşdirib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raketlər Mərib vilayətini hədəf alıb.
Lakin koalisiyanın raketdən müdafiə sistemləri hər iki raketi məhv edib. Eyni zamanda Yəmən ordusu yeni qələbələr əldə edərək bəzi ərazilərdə irəliləyiş əldə edib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Husilər
Raket-hücumu