Əfqan Qaraxan oğlu Hüseynov 1963-cü il fevralın 24-də Bakı şəhərində anadan olub. O, Milli Qvardiyanın tərkibində alay komandiri kimi bir sıra döyüşlərə başçılıq edib, 1992-ci il noyabrın 1-də Qubadlı rayonunun Səfiyan və Quşçular kəndlərinin müdafiəsi zamanı qəhrəmanlıqla həlak olub.
O, Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
İnqilab Ələkbər oğlu İsmayılov 1962-ci il fevralın 24-də Xocalıda anadan olub. Xocalı və ətraf ərazilərdə düşmənə qarşı rəşadətlə vuruşub. O, 1992-ci il yanvarın 12-də Daşbaşı yüksəkliyinin müdafiəsində iştirak edib. Düşmənə ağır zərbələr vuran İnqilab İsmayılov qəhrəmanlıqla həlak olub.
Qəhrəmanımızın cəsədini döyüş meydanından çıxarmaq mümkün olmayıb.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Milli-Qəhrəmanlar
Şəhid
Doğum-günü