Ordu.az-ın məlumatına görə, medalın şəhidin ailəsinə təqdim edilməsi şərəfinə təşkil olunan mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani və Şabran Rayon İcra Hakimiyyətinin rəsmiləri çıxış edərək ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, həyata keçirilən tədbir və icra edilən layihələrdən bəhs ediblər.
Şəhidin atası F. Süleymanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini bildirib.
Daha sonra Fizuli Salahovun layiq görüldüyü medal onun övladlarına təqdim edilib.
Qeyd edək ki, F. Salahov 2003-cü ildə Silahlı Qüvvələrdə xidmətə başlayıb. O, 2017-ci il dekabr ayının 13-də şəhid olub. Şəhidin 2 oğlu var.
Ordu.az