Vanadzor ofisi: Orduya 1000 dram toplanması vətəndaşların mülkiyyət hüququnu pozur

2018/02/received_2480489118843908_1519323070.jpeg
Oxunub: 899     02:08     23 Fevral 2018    
Əmək haqqından 1000 dram tutulması erməni vətəndaşlarının mülkiyyət hüququnu pozur.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Apelyasiya Məhkəməsi Helsinki Vətəndaşlıq Assambleyasının hüquq müdafiəçisi ictimai təşkilatının Vanadzor ofisinin şikayətinin müzakirəsini təxirə salıb.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi Kentron və Nork Maraş inzibati ərazi məhkəməsinin hökmündən şikayət edib. Məsələ burasındadır ki, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi Kentron və Nork Maraş inzibati ərazi məhkəməsinə müraciət edərək, onun əməkdaşlarından hərbi qulluqçuların sığortalanması üçün tutulan 1000 dramları geri qaytarmağı tələb edib.

Lakin məhkəmə bu iddianı rədd edib. Hazırda məsələ ilə əlaqədar apelyasiya şikayəti verilib.

Qanuna görə, bu xeyriyyə ödənişi olsa da, əmək müqaviləsinə əsasən Ermənistan büdcəsinə məcburi toplanılır. Hesab olunur ki, bu pulun tutulması əsassız varlanmaya səbəb olur.

Bu barədə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin vəkili Ani Çatinyan bildirib. Onun sözlərinə görə, bu pulun tutulması vətəndaşın mülkiyyət hüququnun pozulmasıdır və bu məcburi ödəniş növü ola bilməz.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Vanadzor-ofisi  

Vanadzor ofisi: Orduya 1000 dram toplanması vətəndaşların mülkiyyət hüququnu pozur

2018/02/received_2480489118843908_1519323070.jpeg
Oxunub: 900     02:08     23 Fevral 2018    