Daha bir təxribatçı düşmən əsgəri yaralanıb

2018/02/15041873084790152407_1000x66934534534_15087457673453_1519309928.jpg
Oxunub: 2378     22:30     22 Fevral 2018    
Azərbaycan-Ermənistan dövlət sərhəd xəttində təxribata cəhd edən erməni əsgəri yaralanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 12:00 radələrində Ermənistanın şimal-şərq sərhəddində təxribata cəhd edən 19 yaşlı erməni əsgəri yaralanıb.

Hadisəni Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəisi təsdiqləyib.

Məlumata görə, erməni əsgəri sağ çiyin nahiyəsindən odlu silah yarası alıb və hazırda Ermənistan mərkəzi klinik hospitaldadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Yaralı  


Bizi "telegram"da izləyin