Hatəmi: “İran-Azərbaycan müdafiə əməkdaşlığı heç bir ölkəyə qarşı deyil”

2018/02/248095_6486757567_1519308396.jpg
Oxunub: 3310     22:01     22 Fevral 2018    
Bakıda rəsmi səfərdə olan İranın Müdafiə naziri general Əmir Hatəmi iki ölkə arasında mövcud olan müdafiə əməkdaşlığının hansısa üçüncü ölkəni hədəf almadığını bildirib.

Ordu.az “IRNA” agentliyinə istinadən xəbər verir ki, iki günlük səfərinin başa vurmaqda olan Hatəmi İranın bütün qonşuları ilə yaxşı əlaqələr qurmağa çalışdığını, lakin Azərbaycanın İranın xarici siyasətində xüsusi statusa sahib olduğunu vurğulayıb.

O, digər Xəzəryanı ölkələrin dəstəyi ilə İran və Azərbaycanın Xəzərin təhlükəsizliyini qoruyacağını da əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hatəmi   MN   İran-Azərbaycan   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin