İrəvanın başı üzərində "qara bulud"lar: Azərbaycan geosiyasi sistemdə yalnız irəliləyir - ANALİZ

2018/02/1353525920_rzso-smerch546456_1519304677.jpg
Oxunub: 3592     20:52     22 Fevral 2018    
Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ şantaj və qorxutma yolu ilə Rusiyanın digər ölkələrlə hərbi texniki əməkdaşlığına məqsədli şəkildə maneçilik törədir.

ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert, RF-nin hərbi sənaye kompleksinə qarşı ABŞ-ın sanksiyalarının Rusiya ilə əldə edilən 3 milyard dollar dəyərində müqavilənin ləğv edilməsinə gətirib çıxarması ilə nəticələnəcəyi barədə açıqlama verib.

Ryabkov bildirib ki, ABŞ diplomatının bu açıqlamasının məqsədi digər dövlətlərin Rusiya Federasiyası ilə hərbi texniki əməkdaşlığı mürəkkəbləşdirmək üçün “siyasi reklam”dan ibarətdir.

ABŞ-ın bu siyasətinin məqsədləri Ukrayna böhranından sonra Rusiya Federasiyasına qarşı beynəlxalq təcrid etmə siyasətinin ümumi təsiri altında baş verir. Rusiyanı zəiflətmək və onu ümumi oyun meydanlarına çəkmək arzusundadırlar.

Bu baxımdan, baş verən proseslərin hərbi-iqtisadi təsiri Ermənistanda da hiss olunur. Son vaxtlar Ermənistanda Rusiya hərbi-sənaye kompleksləri ilə əməkdaşlıq edənlərə qarşı ABŞ-ın sanksiyalarının nəticələrini hiss edə biləcəyi barədə məlumatlar yayıldı.

Erməni mətbuatı ABŞ-ın Ermənistanı sanksiyalar barədə xəbərdar etdiyi haqqında məlumatlar yaydı. ABŞ-ın Ermənistandakı səfirliyi isə İrəvana belə məlumatı ötürdüyünü təsdiqlədi.

Doğrudur, Birləşmiş Ştatlar Rusiya ilə hərbi-texniki əməkdaşlığı olan dövlətləri və şirkətləri öz qanunvericiliyində edilən dəyişikliklər və tətbiqi mümkün olan sanksiyalar barədə xəbərdar edir. Məlumdur ki, ABŞ-ın qərarları hər bir dövlət və ya şirkətə münasibətdə xüsusi bir vəziyyətdən asılı olacaq və bu baxımdan sanksiyaların məhz hər kəsə şamil olunma prinsipi nəzərdə tutulmayıb.

İrəvanla bağlı mümkün nəticələrə görə, Ermənistanda yaranan səs-küyün hələki arxa planı açıqlanmır. Bundan başqa, ziddiyyətin siyasi əsasları kifayət qədər əlamətdardır. Ermənistan sanksiyalara məruz qaldığı halda, Ermənistanın təhlükəsizliyi və onsuz da bərbad vəziyyətdə olan sabitliyi sual altında qalacaq.

Ermənistana tətbiq ediləcək haqlı sanksiyalar fonunda Azərbaycan hərbi diplomatiyanın ikinci nəfəsini əldə edəcək və Ermənistana qarşı üstünlüyünü birə-beş artıracaq.

Sanksiyaların yüksək kredit ehtimalını nəzərə alarsaq, burada da bir sıra problemlər mövcuddur. Ermənistana hərbi-texniki sahədə geniş və qiymət baxımından maliyyə alternativi düyməsi təmin etmək problemdir. Ermənistan ordusunun silah arsenalı illərdir rus silahları üzərində yaradılıb. Silahlanma mənbəyinin dəyişdirilməsi bütün silahlanmanın yeni mənbəyə uyğunlaşdırılması ilə aparılmalıdır. Bu isə istər texniki, istərsə kadr baxımından ağrılı və çox vaxt tələb edən prosesdir. Həmçinin Ermənistanın bunu edəcək siyasi səriştəsi yoxdur.

Əlavə olaraq, faktiki müharibə mövcudluğu birbaşa bu cür inkişaf mərhələsində Ermənistanda ciddi bir keçid halında vakum yaranması, ölkəmizə hərbi üstünlüklər qazandıracaq.

Eyni zamanda, Ermənistanın Rusiyadan əhəmiyyətli miqdarda silah almağının qadağan edilməsi vaxt getdikcə Bakı və İrəvanı qeyri-bərabər şəraitdə qoyacaq.

Başqa sözlə, Ermənistana alternativlərin axtarışı və keçidi üçün heç bir yol qalmır. Bu vəziyyətdə problem bu məkanı effektiv istifadə etməkdir. Rəsmi Bakı NATO və ABŞ ilə effektiv iş aparmaqla yanaşı, Rusiya ilə birgə hərəkət etməyi bacarmalıdır. Proseslərin bu cür inkişafı Ermənistanın ümumən siyasi varlığını sual altında qoyacaq.

Nəhayət, mövcud geosiyasi vəziyyətdə İrəvan Moskva ilə kifayət qədər mübahisəli məqamla uzləşir. Rəsmi İrəvan real müharibə şəraitində alternativ hərbi texniki seçimi olmadığı halda, rus-amerika danışıqlarından asılı vəziyyətə düşəcək.

Başqa sözlə desək, məsələ Ermənistanın sanksiyalarla üzbəüz qalmasında deyil. Məsələ, məhz bu reallığın özünün İrəvan üçün yalnız təhlükə olmaması, həm də onun mövcudluğu üçün birbaşa təhdidə çevrilməsidir.

Alpər Mövludoğlu
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Ermənistan   Sanksiya   ABŞ-Rusiya  

İrəvanın başı üzərində "qara bulud"lar: Azərbaycan geosiyasi sistemdə yalnız irəliləyir - ANALİZ

2018/02/1353525920_rzso-smerch546456_1519304677.jpg
Oxunub: 3593     20:52     22 Fevral 2018    