Ən maraqlısı isə budur ki, Hatəmi İranın müsəlman ölkəsi kimi Azərbaycanın hərbi gücünün artmasında maraqlıdır və bu sahədə Bakıya istənilən köməyi göstərməyə hazırdır.
İranlı general İranın bizim ölkəyə hərbi sahədə istənilən yardımı göstərməyə hazır olduğunu bildirəndə nəyi nəzərdə tuturdu? O, konkret olaraq hansı hərbi yardımı nəzərdə tuturdu? Həqiqətən də İran bu gün Azərbaycana hərbi yardım göstərməyə hazırdırmı?
Ordu.az-ın bu və digr suallarına İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani cavab verib.
“Əlbəttə, biz dəqiq olaraq nazirin hansı hərbi yardımdan bəhs etdiyini bilə bilmərik, lakin bir məsələ aydındır – İran tərəfi Azərbaycanla hərbi sahədə qarşılıqlı fəaliyyətə müsbət yanaşır. Hərbi əməkdaşlıq müxtəlif sahələri əhatə edir – silah və sursat təchizatı, treninq və hərbi konsultasiyaların aparılması, hərbi avadanlıqların istehsalının birgə təşkili və s. İran keçmişdə hərbi treninqlər keçirib. Daha öncə ölkələrimiz arasında imzalanan müqavilə hərbi əməkdaşlığın silah və sursat təchizatı və s. kimi müxtəlif sahələrini əhatə edib. Təbii ki, rəsmi şəkildə məlumat verilməyən digər satışlar da həyata keçirilib. Əgər Azərbaycan hərbi yardım üçün İrana müraciət etsə, biz buna yalnız müsbət yanaşarıq”, - deyə keçmiş səfir bildirib.
Ə. Süleymani hərbi əməkdaşlığını davam etməsi yalnız hər iki ölkə üçün müsbət olacaq və regionda sülh və stabilliyin möhkəmlənməsinə şərait yaradacaq.
“Nazirlərimiz arasında Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparıldı. Münaqişənin tənzimlənməsi bundan sonra da regioda stabilliyin möhkəmlənməsinə səbəb ola bilər. Bütün müsəlman ölkələri, o cümlədən də Azərbaycanın qonşusu olan İran Qarabağ münaqişəsinin həlli, Azərbaycan torpaqlarının geri qayıtması və əraizisinin bütövlüyünü bərpası üçün dəstək göstərməlidir.
Əgər Qarabağ problemi həllini tapsa, Cənubi Qafqaz rahat nəfəs alacaq – region ölkələri çiçəklənəcək, ölkələr arasında əməkdaşlıq genişlənəcək, region ölkələrinin hamısının iştirakı ilə iri layihələrin realizəsi mümkün olacaq. Hazırda iqtisadi inkişafın uğurluluğu regionda stabillik və təhlükəsizlikdən asılıdır. Regionda ərazi münaqişələrinin olduğu halda ölkələrin potensialını tam olaraq həyata keçirmək mümkün deyil.
Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli müsəlman dünyası qarşısında duran çox mühüm məsələdir. Bu məsələnin həll artıq qeyd etdiyim kimi, regionun və və regionun qlobal layihələrində iştirak etmək istəyənlərin xeyrinə olardı”, - deyə Əfşar Süleymani vurğulayıb.
Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az