Ermənistan ordusunda psixi problemli əsgərlər xidmət edir - FAKT

2018/02/345345_1519292083.jpg
Oxunub: 2838     17:32     22 Fevral 2018    
Ermənistanda Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi xəstə əsgəri təxris etdirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Armavir vilayətinin sakini orduda 5 ay xidmət etdikdən sonra səhhətində yaranmış problemlərinə görə 2018-ci ilin yanvar ayından vaxtından əvvəl çox böyük çətinliklərlə təxris edilib.

Məlumata görə, ona əvvəl də xəstəliyinə görə 2 dəfə hərbi xidmətdən möhlət hüququ verilib. 2017-ci il 26 iyul tarixində hərbi xidmətə çağırılarkən elə çağırış məntəqəsində vəziyyəti pisləşib və hospitala yerləşdirilib.

Əsgərin xidmətdən öncə keçirdiyi müalicələrə əsasən irsi xəstəliyi olsa da, Ermənistan müdafiə nazirliyi onu orduya çağırıb. O, 2011-ci ilən psixo-nevroloji dispanserdə qeydiyyatda olub. Nəticədə əsgərin valideynləri kömək məqsədilə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinə müraciət ediblər.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi problemin həlli və əlavə müayinə məqsədilə müdafiə nazirliyinə etiraz məktubu göndərib. Keçirilən müayinələrdən və nəhayət 5 ay xidmət etdikdən sonra Vanadzor ofisi onu böyük çətinliklə vaxtından əvvəl ordu sıralarından tərxis etdirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Xəstə-əsgərlər  


Bizi "telegram"da izləyin