Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ölən erməni əsgəri ailənin tək oğlan övladı olub.
20 yaşlı ölən erməni əsgəri Stepan Stepanyan Qarni yaşayış məntəqəsində nənəsi və bacısı ilə yaşayıb. Atası bir neçə il əvvəl özünəqəsd nəticəsində ölüb, anası isə onları tərk edib. O, ailənin böyük övladı olub, 18 yaşlı bir bacısı var.
Xatırladaq ki, fevralın 12-də saat 17:30 radələrində erməni əsgəri Stepan Stepanyan naməlum səbəbdən hərbi hospitalda ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az