Müdafiə Sənayesi Nazirliyindən
Ordu.az-a verilən məlumata görə, Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verdi.
Dostluq və mehribançılıq şəraitində keçən görüşdə iki ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf persperktivlərinə dair fikir mübadiləsi aparıldı.
Nümayəndə heyətinin başçısı, general-mayor Əmir Hatəmi səmimi qəbula görə minnətdarlığını bildirdi.
Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edirdi.
Ordu.az