Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat Dover Beynəlxalq Sürətli Zolağının icraçı direktoru, prezidenti və Dover Motorsportsun Əməliyyat rəhbəri, vitse-prezidenti Maykl Tatuyanın yüksək rütbəli erməni hərbi rəsmiləri haqqında verdiyi müsahibəsində öz əksini tapıb.
“Armenia Proud”a verdiyi müsahibəsində Tatuyan bildirib ki, Cefri Harriqianla qısa söhbətləri olub və bu söhbətdən sonra onun da erməni olduğunu öyrənib.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının hava komponentinin komandiri kimi Harriqian kontingent planları hazırlanmasından, Mərkəzi və Cənub-qərbi Asiyadakı 20 dövlətin ərazisində hava əməliyyatlarının keçirilməsindən məsuldur.
Ağalar Ağalarlı
Ordu.az