Tunel müharibələri: Keçmiş taktikaların müasir dövrdə istifadəsi – ARAŞDIRMA

2018/02/1_1518684723.png
Oxunub: 2673     12:59     15 Fevral 2018    
Yeraltı müharibənin (tunel müharibələri) tarixi müharibələrin özü kimi qədimdir. Çox zaman bu kimi taktiki döyüş gedişindən, qalaların divarlarının partladılması, daxilə keçid, yaxud hansısa bir şəhərin, qalanın, qorunan ərazisinin müdafiəsi yarıldığı zaman qaçmaq (geri çəkilmək) üçün nəzərdə tutulub. Bundan əlavə, təbii və yaxud süni yeraltı tunellər digər məqsədlər üçün də istifadə olunurdu.

Məsələn:

- mülki əhali, cinayətkarların, terrorçuların gizlənərək təqibdən qurtulması;
- əlaqə yolları, rabitə üçün nəzərdə tutulmuş kommunikasiyalar;
- müdafiə məqsədi ilə gücləndirilən bunker tipli fortifikasiya qurğuları;
- yeraltı silah, sursat və s. istehsalı ücün zavodlar;
- müxtəlif növ sursatların yoxlanması, zərərsizləşdirilməsi üçün poliqonlar və s. məqsədlər üçün.

Buna baxmayaraq nə keçmişdə, nə də müasir dövrdə bu kimi vacib taktiki tematika üçün lazımi nizamnamə və nəzəri vəsaitlər yox dərəcəsindədir. Fərdi hərbi teoretiklərin bu haqda hansısa fikirləri olsa belə, döyüş nizamnamələrində məhz bu sahə üçün praktiki məsləhətlər yoxdur.

Tarixə kiçik baxış

Mağaralar əsasən ibtidai quruluş zamanı insanlar üçün həm yaşayış yeri, həm də kənar basqınlardan qorunmaq üçün istehkam rolunu oynayırdı. İnsanlar müasirləşdikcə mağaraların öz aktuallığını itirməsinə baxmayaraq, bu kimi təbii qorunacaqlar tamamiilə yox olmadılar. Məsələn, bizim eranın II əsrində Bar-Koxba üsyanı zamanı, yəhudilər mağaraları Roma ordusundan məhz sığıncaq kimi istifadə etdilər. Bundan əlavə, mağara qalaları da qədim zamanın istehkam anlayışında önəmli yer tutub. Bunlardan Krımda yerləşən Çufut-Kale və Osetiyada olan Dzivqiss qalasını göstərmək olar. Bu qalalar çoxlu tunel birləşmələri vasitəsi ilə, daxildən kənara çıxmaq və kənardan daxilə gəlmək üçün yollarla təhciz olunub.

Müasir tarixdə isə məsələn: Vyetnamda ABŞ ordusunun atəş gücündən qaçmaq üçün, Vyetkonq və Şimali Vyetnam ordusu tunellərdə qorunmaq və taktiki gedişlərini qeyri-ənənəvi yollarla aparmaq üçün böyük tunel kompleksləri yaratmağa nail oldular. ABŞ-ın birinci Əfqanıstan kompaniyası zamanı ən böyük tunel müharibəsi Tora-Bora dağında 25 metr enində, 400 metr dərinliyində qazılmış tunel kompleksləri ilə mübarizə yadda qaldı. 2006-cı ildə baş verən Livan müharibəsi zamanı İsrail ordusu Şimali Livanda “Hizbullah” qruplaşmalarını təqib edərkən, məhz tunel müharibəsi zəmnində böyük itkilərə məruz qaldı. 2014-cü ildə baş verən və İsrailin “Yenilməz qaya” adlı əməliyyatları zamanı Qəzza sektorunda HƏMAS qruplaşmasının üzvləri məhz tunel kompleksləri vasitəsi ilə İsrail ordusuna gözlənilmədən zərbələr vuraraq yoxa çıxmaq prinsipindən istifadə etdilər. Mütəxəssislərin hesablamalarına görə, bu kimi komplekslərin yaradılması üçün 10 milyonlarla dollar vəsait sərf etmişdi. Öz növbəsində, İsrail “Tunel” komplekslərinin məhv edilməsi texnologiyalarının hazırlanması üçün 86,5 milyon dollar vəsait sərf edib. Bu texnologiyalar bu gün də Qəzza ilə sərhəddə istifadə olunmaqdadır. Dünyada artıq münaqişələr çoxaldıqca, qədim tarixi olan tunel müharibələri qeyri-ənənəvi döyüş taktikası kimi gündəmdə durur.

Tunel taktikası

Tunellərin qazılmasında hazırki dövr üçün də, müasir texnologiyalardan istifadə olunmasına baxmayaraq, savaş anlamında effektiv olaraq qalmaqdadır. Tunellər bir sıra hərbi aspektləri özündə birləşdirir. Belə ki, tunel qovşaqları döyüşçüləri düşmənin hava hücumu, artilleriya, tank və digər ağır texnikanın atəşindən qoruyur, mövqeni dəyişmək üçün köməkçi olur, düşmənin ərazisinə gizli daxil olmaq və onun arxasına keçmək üçün imkanlar yaradır. Bundan əlavə, tunellər savaş aparan qüvvələr üçün həm səyyar hospital, saxlanğıc yerləri (qida, su, sursat, ləvazimat və s) rolunu oynayır.

Müasir raket texnologiyalarının inkişafı əsrində isə kiçik və mobil idarəolunan və olunmayan raketlərin buraxılması üçün gizli komanda-idarəetmə məntəqələri, radioelektron mübarizə vasitələri, səyyar təbliğat-təşfiqat bölmələri üçün də çox yararlı bir vasitədir. Beləliklə, əsasən tunellərdən hərbi məqsədlər üçün Şimali Koreya, “Hizbullah”, “HƏMAS”, İŞİD kimi təşkilat və dövlətlər tərəfindən daha intensiv istifadə olunmaqdadır.

Bu günlərdə Türkiyənin terrorla mübarizə əsasında apardığı hərbi əməliyyatlar zamanı, Afrin bölgəsinin bir çox alınmış dağlıq və digər hissələrində betondan və müasir mühəndis texnologiyaları vasitəsi ilə qurulan tunel-müdafiə komplekslərinə rast gəlinir. YPG və PKK terror təşkilatları bu tunellərin inşasının özlərinin əməyi olduğunu bəyan etsə belə, belə müdafiə xətlərindəki tunel komplekslərinin xarici mütəxəssislər tərəfindən, ən son texnologiyaların istifadəsi ilə inşa olunduğu mübahisəsizdir. Bu kimi komplekslər özünün möhkəmliyinə baxmayaraq, hücuma keçən Türkiyənin müasir, dağ və tunellərdə mübarizə sahəsində böyük təcrübəyə malik olan ordu və XTQ-nin qarşısını ala bilmədi və bu zonalar kiçik döyüşlər zamanı məğlubiyyətlə nəticələndi.

Sözsüz ki, uzun zaman “maskalanma” şəraitində inşa edilən bu kimi tunel kompleksləri Türkiyə HHQ və PUA-ları tərəfindən yetərli səviyyədə araşdırılmışdı. Lakin gəlin razılaşaq ki, YPG terrorçuları bu kimi kompleksləri yaratmaqla qarşılarında tək müdafiə məqsədi yox, böyük və hündür uzunmüddətli atəş nöqtələri qurmaqla, həm də qarşılarına “düşmənə psixoloji zərbə” məqsədi qoymuşdular. Belə faktlarla biz sosial şəbəkələrdə yayımlanan Burseya dağındakı foto və video materiallardan qarşılaşdıq. Çünki “maskalanmış” tunel və atəş nöqtələri ilə bir sırada 2-3 mərtəbəli binalar yüksəkliyində “gücləndirilmiş atəş nöqtələr”inin yaradılması heç bir hərbi aspektə sığmır. Bu nöqtələr açıq-aydın tank və ağır artilleriyanın bilavasitə düz tənzimlənmiş atəşinə məruz qalacağı şəksiz idi. İlk əvvəl YPG terrorçuları bu kimi tikililəri İŞİD qruplaşmalarından qorunmaq üçün tikildiyini bəyan etsələr belə, atəş nöqtələrinin məhz Türkiyə sərhəddinə tərəf yönəldilməsi başqa məqamlardan xəbər verirdi. Lakin terrorçular lazımi anda bir vacib aspekti gözdən qaçırmışdılar. Bu aspekt belə komplekslərin vacib olaraq Hava Hücumundan Müdafiə kompleksləri ilə, ətraf ərazinin isə müasir mühafizə anlayışına görə minalanması təminatından ibarət idi. Sözsüz ki, onlar uzun zaman Türkiyə dövlətinin onların terrorçuluq əməllərinə göz yumacağını fikirləşərək bu kimi aspektlərdə tələsməmiş, hətta bir sıra tunel komplekslərinin inşasını yarımçıq qoymuşdular.

Bundan əlavə yaxın günlərdə Türkiyə ordusunun və Suriya Azadlıq Ordusunun həmlələri zamanı Suriyanın Əzzaz bölgəsində evlərin birində dərinliyi 4 metr, uzunluğu isə 50 metr olan, müasir atəş nöqtələri ilə təchiz olunan və “maskalanan” tunel kompleksi tapılıb. Burada terrorçuların hazırlanaraq Türkiyə ərazisinə göndərilməsi ilə yanaşı, tunel kompleksi əsasən hava hücumundan qorunmaq üçün də istifadə olunub. Tuneldə elektrik xəttləri, generatorlar, bir sıra alət və hərbi vasitələr aşkar olunub.

“Yeraltı operativ vəziyyətlərdə savaş aparma” - bu adla ABŞ ordusu qoşunların qarşısında yeni bir taktika ortaya qoyaraq, bu əməliyyatlar üçün qüvvələr hazırlamaqdadır. Bu məqsədlərə görə, əsgərin nəfəs alması, görməsi, maneələri keçməsi və döyüşməsi üçün bir sıra vasitə və silahları olması vacib amildir. Bu yaxınlarda hazırlanan və qoşunlara təqdim olunan vəsaitlərdə “qeyri-müntəzəm silahlı birləşmələr tərəfindən tunellərdən istifadənin artdığı şəraitdə, qoşunların bu döyüş metodlarına hazırlığının artırılması məsələsi gündəmə gətirilib. Çünki ABŞ hərbi ekspertləri gələcək müharibələrdə tunel savaşları ilə rastlaşacaqları və bu döyüşlərdə düzgün və yaxud səmt götürmək aspektlərinin ortaya gələcəyinə əmindirlər. Çünki Yaxın Şərq hər addımında tarixi və qədim tunel kompleksləri ilə zəngindir. Bu problem ABŞ-ın özü üçün də baş ağrısıdır, çünki özünün şimal və şərq sərhəddlərində Kanada və Meksikaya gedən böyük və çoxkilometrlik tunellər aşkar olunub ki, onların vasitəsi ilə narkotik, kontrabanda, insan alveri və başqa cinayətlər üçün istifadə olunur. Ona görə də xüsusi vasitələrdən əlavə, bu cür problemlərlə mübarizə aparan şəxsi heyətin də hazırlanması gündəlikdə duran vacib məsələdir.

“Hizbullah” və HƏMAS-ın yeraltı tunellərdən istifadə taktikası

“Hizbullah” təşkilatının məlumatlarına görə, bu taktikadan istifadə üçün hər iki təşkilat İran və Şimali Koreyanın dəstəyi ilə müvəffəqiyyətlə bir neçə tunel komplekslərinin tikintisinə nail oldu. Mütəxəssislərin fikrinə görə, bu sığınacaq və hərəkət komplekslərinin tikintisindəki müvəffəqiyyət, onların heç bir texnika və sursat tipi ilə dağıdılmasında ağlabatan deyildi. Hətta 2006-cı ildə “İstiqamətin dəyişilməsi” əməliyyatı zamanı İsrail aviasiyası tərəfindən atılan universal özütuşlanan raketlər, betondağıdan 500 funtluq GBU-28 bombaları da bu komplekslərə ciddi ziyan vura bilmədi və onlar sonradan asanlıqla təmir olundu.

2008-ci ildə keçirilən “Tökmə qurğuşun” adlı hərbi əməliyyat zamanı HƏMAS Sinaydan Qəzzaya gedən 100-lərlə tunellər qazdı ki, onlardan çoxu sonradan İsrail aviasiyasının F-16 təyyarələrindən atılan “İsrael Military İndustries” (İMİ) tərəfindən hazırlanan PB500A1 tipli, lazerlə idarə olunan betondağıdan, habelə kiçik çaplı GBU-39 tipli “Boeing” təyyarələrindən atılan bombalarla dağıdıldı. Kəşfiyyata məlum idi ki, HƏMAS BMT tərəfindən sponsorlaşdırılan və Qəzzanın çox hissəsinə yayılan qaçqın düşərgələrindən və onların yeraltı kommunikasiyalarından istifadə edirdi. Bu düşərgələr bir-biri arasında çox çətin səmtləşə biləcək yeraltı kommunikasiyalarla birləşirdi və döyüşçülər tərəfindən hərəkət yolları, sursat daşıma və girovların gizlədilməsi üçün istifadə edilirdi. 2008-2009-cu ilin hərbi kompaniyaları zamanı isə, döyüşçülər bu kimi yeraltı tunellərə İsrail hərbçilərini cəlb edərək onları girov götürürdülər. İsrail ordusu bu kimi addımların qarşısını almaq üçün ilkin olaraq “tunel müharibəsi” prinsiplərinə baş vurmaq məcburiyyətində qaldı. Hər bir piyada hissələrinə xüsusi təlim görmüş itlərlə təhciz olunmuş hərbi kinoloqlar və zirehli buldozerlər verildi. Minalanmış qapıların zərərsizləşdirilməsi ücün “Rafael” şirkətinin “Wall Breach MATADOR” qumbaraatanları ilə təhciz olunmuş şəxsi heyət ayrıldı. Bu zaman İsrail ordusu kiçikölçülü robot maşınların tunellərdə istifadəsində ilk olaraq bu texnologiyanı təkmilləşdirməyə başladı.

“Yenilməz qaya” əməliyyatında tunellər

Fələstin qruplarının 2008-2009-cu ildə ciddi itki verməsi, İsrail qoşunlarının HƏMAS-a qarşı apardığı əməliyyatların nəticəsini araşdıran İsrail hərbi analitikləri bu qərara gəldilər ki, Fələstin qrupları savaş aparma ənənələrində tunel müharibəsi prinsiplərinə sadiqdirlər. Analizlər göstərdi ki, bu vasitələrlə Fələstin qruplaşmaları həm bərkidilimiş və ətrafa səpələnərək, bir-biri ilə yeraltı əlaqəsi olan tunellər vasitəsi ilə, hücum, sursatların çatdırılması, kəşfiyyat, ən əsası isə İsrail qoşunlarının əhatəsinə düşməkdən qorxmayaraq, onların hərbi kontingentinə qədər gedib çıxa bilirlər. Hərbi aspektdən, belə vasitələrlə fələstinlilər böyük nailiyyətlərə qol qoya bilməsə də, 6 belə döyüş səhnəsi zamanı məhz tunellər vasitəsi ilə 16 İsrail əsgəri öldürülmüş və təqib zamanı hücumçular lağımlara girərək tamamilə yox ola bilmişdilər.

Hər dəfə belə tunellərə yaxınlaşdıqları zaman İsraillilər ətrafa xüsusi planla səpələnmiş mina çölləri və tunelləri qoruyan xüsusi təyinatlı Fələstin qüvvələri ilə rastlaşırdılar. Bundan əlavə, İsrail ərazisinə atılan bir çox raketlər bu tunellərdən buraxılır və sonradan qurğu bu yollarla ərazidən uzaqlaşdırılırdı. İsrail xüsusi təyinatlıları belə tunelləri ələ keçirdikləri zaman böyük infrastrukturlarla rastlaşırdılar. Su anbarları, sığınacaq yerləri, girovlar üçün həbsxanalar, hərəkət üçün motosikllar, generatorlar, havatəmizləyici qurğular, rabitə xəttləri və s. kimi vasitələr bu kimi tikililərin yüksək mütəxəssislər tərəfindən inşa edildiyinə işarə edirdi.

Rusiya tunel müharibələri

Müasir Rusiya müharibələri aspektində ilk dəfə olaraq rus hərbçiləri tunel müharibəsi ilə Çeçenistanın Qroznı döyüşlərində rastlaşdılar. Çeçenlər şəhərin çoxşaxəli tunel tikintilərinin xəritəsinə ələ keçirərək hələ rusların hücumundan əvvəl bu tunellərdə təlimlər aparmış, yollar öyrənilmiş, zəruri ehtiyatlar hazırlanmışdı. Savaş başlanandan sonra isə onlar qoşunların hücuma keçdiyi hər bir nöqtədə peyda olur, ağır texnikanı və canlı qüvvəni gözlənilmədən vuraraq yoxa çıxırdılar. 1999-cu ildə rus qoşunları bərkidilmiş yeraltı atəş nöqtələri və tunellərlə mübarizə zamanı termobarik xassələri olan RPO-A “Şmel” piyada odsaçanından istifadə edirdilər.

Sovet ordusunun “Taliban” və digər müxalif qüvvələrlə Əfqanıstanda apardığı savaşlar zamanı əfqan müxalifləri əsasən İran və Qərbi Pakistanda daha çox rast gəlinən kəhriz tipli su yollarından istifadə edərək Sovet qoşunlarına zərbələr vururdular. Bu tip su tunelləri hələ qədim zamanlarda monqol işğalçılarına qarşı istifadə olunur, sülh şəraitində isə əhalini su ehtiyatlarını təmin edirdi.

80-ci illərin ortalarında Sovet əsgərlərinə tunellərlə mübarizə üçün xüsusi təlim keçməyə başladılar. Nəqliyyat vasitələri əleyhinə olan minaların bir-birinin ardınca partladılması boşluq şəraitində öldürücü atmosfer sıxlığı yaradır. Məhz belə metodlarla kəhriz tunellər partladılmağa başlandı, bu zaman hava axınının kəhrizlərdə yaxşı olmasını nəzərə alıb “tülküboğma” adlanan metoda, yəni bir tərəfdən qapanmış kəhrizə tüstü şaşkalarının atılması metodu da istifadə olunurdu. Lakin bu metodlar heç də hər zaman belə hərb metodlarının inkar olunmasına gətirib çıxarmırdı. Məsələn, Pakistan sərhədi yaxınlığında, dağlarla əhatəli bir məkanda mücahidlər 11 ədəd və uzunluğu 500 metr və daha çox olan tunellər qazmışdı ki, bu tunellərdə silah anbarları, tibb məntəqələri, müxtəlif növ təmir guşələri yerləşdirilmişdi. Cəlalabad bölgəsində yerləşən bu kompleks 1986-cı ildə 57 gün cəkən Sovet-Əfqan qüvvələrinin vasitəsi ilə ələ keçirildi və sovet istehkam qoşunları tərəfindən giriş və çıxış yerləri 5 saat ərzində partladıldı. Lakin tunellər tamamilə dağılmadı və orada olan ehtiyatlar sonradan öz bazalarına qayıdan mücahidlərin əlinə kecdi.

Əfqanıstan - “Büdrəyən qartal” əməliyyatı

Əfqanıstanda Beynəlxalq Təhlükəsizlik Yaratma Qüvvələrinin (İSAF) koalisiyası da bir sıra əməliyyatlar zamanı, hələ sovetlərlə müharibə dövründən qalma tunellərlə rastlaşdı.

2001-ci ildə Tora-Bora dağında keçirilən “Dağ pələngi” əməliyyatı zamanı böyük sayda yeraltı komplekslər aşkar olundu. Bu komplekslər əvvəllər, yəni 1998-ci ildə amerikalılar tərəfindən TOMAHAWK raketləri ilə partladılsa belə, hələ də öz aktuallığını itirməmişdi. Bir sıra partlayışların edilməsinə baxmayaraq, 2002-ci ildə amerikalılar bu kompleksə qarşı termobarik BLU118/B bombalarını tətbiq edərək onu tamamilə məhv etdilər. Tunel əleyhinə mübarizə Əfqanıstanda qızışdığı zamanlarda, əsasən xüsusi qüvvələr və qruplar yaradıldı ki, bu qrup və qüvvələr səsboğucularla təmin olunan tapança (bu, əsasən atəş zamanı əmələ gələ biləcək detonasiyadan, tunelin divarlarının uçmaması üçün nəzərdə tutulmuşdu), rəngli tüstülər buraxan tüstü qumbaraları, əleyhiqaz, kompas, mina axtarışı üçün nizələrlə silahlanaraq tunelləri tədqiq edirdilər. Bu zaman onlar əsasən ilkin olaraq gözyaşardıcı təsiri olan M7A2 və CS-1 qumbaralarından istifadə edir, əllərində olan ventilyatorlarla onların tüstüsünü tunelin dərinliklərinə yayırdılar. Əlaqə üçün əsasən, çəkilən məftilli telefonlardan istifadə olunurdu ki, bu da yer altında radiostansiyaların işləməməsi ilə əlaqələndirilirdi. Habelə tunellərin labirintlərində gizlənən insanları təyin etmək üçün xidməti itlərdən də istifadə olunurdu.

Asiyada aparılan yeraltı müharibələr

Əsasən Asiya bölgəsində də belə müharibə aparmaq prinsipləri müxtəlif əsrlər boyu gündəmə gəlib. Şimali Vyetnam ordusu cəngəlliklərdə, dağlarda belə tunellər qazaraq, hər zaman Amerika ordusunun döyüş aparan hissələrinin, bazalarının ortasında peyda olur və bu zaman zərbə vuraraq yenidən yox olurdular. Kui Ci rayonunda ən böyük tunel kompleksi özlüyündə 200 kvadrat km birləşdirirdi. Gözyaşardıcı qazla və C4 plastik partlayıcıları ilə təzhiz olunan “tunel siçovulları” (Amerika Silahlı Qüvvələrinin tunellərdə mübarizə aparan hissələri) burada böyük silah anbarlarının, zavodların, topların, pulemyot atəş pəncərələrinin, hətta bir neçə yerdə tankların sığınacağına rast gəldilər.

1970-ci ilin axırlarında, əsasən 4800 tunel aşkara çıxarıldı ki, bunlardan da çoxu partladıldı, qalanları isə zəhərli qazla və su ilə yararsız hala gətrildi. Çin qoşunları da Koreyada tunel komplekslərindən mütəmadi istifadə edib...

Belə ki, müharibələr münbitləşib müasirləşdikcə, qədim tarixi olan bu savaş praktikası həm hücum edən, həm müdafiə olunan üçün əlverişli vasitə rolunu oynamaqdadır. Artıq tunellərdə də müasir texnologiyalardan istifadə olunur. Əgər tunellərin partladılması, zərərsizləşdirilməsi üçün yeni sursatlar istifadə edilirsə, qarşı tərəf bu sursatların təsirini azaldacaq bir sıra nanotexnologiya əsasında əldə olunan vasitələr işlədir. Tunel müharibələrində istifadə olunan robotların, dronların, özüyeriyən kiçikölçülü məhvedicilərin sayı artdıqca, onlarla mübarizə üsulu da artır. Göründüyü kimi, müasir savaşlarda yalnız yerdə, suda, havada deyil, yerin altında da aktiv əməliyyatlar aparılır.

Hərbi ekspert Abuzər Əbilov
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Tunel-müharibələri   Qədim-taktikalar  

Xəbər lenti

Tunel müharibələri: Keçmiş taktikaların müasir dövrdə istifadəsi – ARAŞDIRMA

2018/02/1_1518684723.png
Oxunub: 2674     12:59     15 Fevral 2018    