Hərbi vətənpərvərliyə görə medal təsis olunur

2018/02/4abe941c336b4293635cfc79f57beef745645_1518418472.jpg
Oxunub: 4469     14:52     12 Fevral 2018    
Milli Məclisə “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalının təsis olunması ilə bağlı layihə daxil olub.

Ordu.az APA-ya istinadən xəbər verir ki, layihəyə əsasən medal ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində, vətənpərvərlik təbliğatında göstərdiyi xidmətə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif olunacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medal   Hərbi-vətənpərvərlik  


Bizi "telegram"da izləyin