Ermənistanda təchizatçı şirlətlər MN-i məhkəməyə verib

2018/02/654_1518184945.jpg
Oxunub: 3931     22:32     09 Fevral 2018    
Ermənistan müdafiə nazirliyinin və təchizatçı şirkətlərinin münasibətləri korlanmaqda davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir-birinin ardınca, təchizatçı şirkətlər Ermənistan müdafiə nazirliyini və ya nazirliyin qiymətləndirmə komissiyasını məhkəməyə verməkdə davam edir.

Məlumata görə, yanvarın 30-da dərman ticarəti və təchizatı ilə məşğul olan “Teofarma” şirkəti İrəvan şəhər məhkəməsinə müraciət edib.

Şirkət tələb edir ki, məhkəmə müdafiə nazirliyini məcbur etsin ki, satınalmalar prosesində iştirak etmək hüququ olmayan iştirakçılar siyahısında məqsədli şəkildə salınma barədə rəsmi proses etibarsız hesab edilsin.

Başqa sözlə desək, Ermənistan müdafiə nazirliyinin komissiyası bir şirkəti dərman təchizatından mərhum etməklə “qara siyahıya” salıb. Hazırda ədalətin bərpa edilməsi yollarını şirkət məhkəmələrdə axtarır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Təchizatçı-şirkətlər  


Bizi "telegram"da izləyin