102-ci hərbi bazada snayperlərin təlimləri baş tutub

2018/02/650_1518183894.jpg
Oxunub: 3205     21:39     09 Fevral 2018    
Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının hərbi qulluqçuları snayperlərin iştirakı ilə gecə şəraitində şərqi rəqibin həfədlərini məhv ediblər.

Ordu.az Function.mil.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Xüsusi taktiki və atəş təlimlərində hərbi qulluqçulara tuşlama, hədəflərin seçimi və xatırlanması, hədəflərin yanına doğru irəliləmək üzrə hərəkətlər öyrədilib.

Hərbi qulluqçular məsafəölüçən, meteostansiya, kəşfiyyat kompleksləri və “Strekets” rabitə vasitələrinin köməkliyi ilə 20-dən çox tapşırıq üzərində çalışıblar.

Qeyd edək ki, təlimlərdə 100-dən çox snayper iştirak edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya-ordusu   102-ci-hərbi-baza  


Bizi "telegram"da izləyin