Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə naziri Vigen Sarkisyan və baş qəraragah rəisi Movses Hakopyan arasında olan qarşıdurma haqqında mətbuatda çox yazılıb.
Hər dəfə Vigen Sarkisyan qarşıdurma haqqında məlumatları təkzib edib. Məlumata görə, baş verənlərin inkar edilməsinə baxmayaraq, qarşıdurma getdikcə dərinləşir.
Vigen Sarkisyanın mətbuat sahəsində resursları olduğuna görə, vaxtaşırı Movses Hakopyana qarşı korrupsiya, ordudakı mənfi halların yalnız baş qərargahın səhlənkarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqəndirməklə “hücumlar” edir.
Özünün korrupsiyaya qarşı mübarizə apardığı təsüratını yaratmaqla, realda iki problemi həll edir. Movses Hakopyanı, Serj Sarkisyanın yanında gözdən salır, bütün mənfi hadisələrə işarə edən "ağ əlcəkli" nazir olaraq qalır.
Alpər Mövludoğlu
Ordu.az