Erməni məmurların fərari övladları - "PLAN"

2018/02/default45645_1518161885.jpg
Oxunub: 1377     15:34     09 Fevral 2018    
İrəvan meri Taron Marqaryanın oğlu hərbi xidmətə getməyib.

Ordu.az "Haykakan Jamanak" qəzetinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin iqtidar partiyasının deputatı Robert Sarkisyan qaynı, İrəvan meri Taron Marqaryanla birgə "plan" hazırlayıb.

Məlumata görə, erməni məmurlar övladlarının hərbi xidmətə getməməsi üçün onlara süni xəstəlik diaqnozu qoydurublar. Lakin maraqlıdır ki, hər ikisinin süni xəstəlik diaqnozları eynidir.

Bununla yanaşı, məmur övladlarının xəstəliklərin adı açıqlanmır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin