Təyyarənin test uçuşları ötən həftə başlayıb. İlk prototipin buraxılması mərasimi 2017-ci il noyabrın 16-da keçirilib. Bu ilin sonuna qədər raket daşıyıcısı Rusiya Federasiyasının Hərbi Kosmik Qüvvələrinə köçürüləcək. Rusiya Federasiyası Müdafiə Nazirliyinə təhvil veriləcək 10 ədəd modernləşdirilən Tu-160M raket daşıyıcısı üzrə müqavilənin həcmi 160 milyard rubl təşkil edəcək. Prezidentin sözlərinə görə, bu müqavilə şirkətin 2027-ci ilə qədər tam yüklənməsinə imkan verəcək. Dövlət başçısı təyyarə yaradılması istiqamətində görülən işləri zavod kollektivinin böyük uğuru kimi qiymətləndirib.
“Bu təyyarənin yaradılması yüksək texnologiyalı sektorların inkişafında və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində böyük bir addımdır, çünki bu təyyarələr nüvə triadasının elementlərindən biridir”, - deyə Rusiya prezidenti Vladimir Putin bildirib.
"Qu quşu"nun tarixi
Səsdən sürətli Tu-160M2 (NATO modifikasiyasında "Blackjack") SSRİ-də istehsal edilən Tu-160 təyyarələrinin təkmilləşdirilən versiyasıdır. Pilotlar arasında ona "Ağ qu quşu" ləqəbi qoyulub. Tu-95MS ilə yanaşı Rusiya Hərbi Hava Qüvvələrinin uzaq məsafəli müasir aviasiya parkının əsasını təşkil edir. Tu-160 hərbi aviasiya tarixinin nüvə başlıqlı qanadlı raket daşıya bilən ən böyük və ən ağır səsdən sürətli təyyarəsidir.
ABŞ-ın “Rockwell B-1 Lancer" qitələrarası bombardmançı təyyarəsinin meydana gəlməsinə cavab olaraq Tu-160 yaradılıb. Əlavə olaraq, 1960-cı illərdə strateji aviasiya arsenalı yalnız köhnə səsdən aşağı sürətlə uçan Tu-95 və M-4 təyyarələrindən ibarət olması da yeni təyyarənin yaradılmasını şərtləndirirdi.
Səsdən sürətli Tu-160 strateji bombardmançı-raket daşıyıcısı, 1989-cü il
Amerikalı rəqibi ilə müqayisədə Tu-160 məsafədən idarəolunan nəzarət sisteminə, dəyişən qanad, sabit hissələr arasında və ətrafında axımlılığı artıran dönə bilən "daraq" formasına sahib oldu. Bu təyyarənin 12,4 metr uzunluğunda və 2,1 metr genişliyində əsas güc elementi olan mərkəzi strukturu unikal texnologiya ilə titandan hazırlanır. Maksimum uçuş məsafəsi təxminən 14 min kilometrdir. Yeri gəlmişkən, 1985-ci ildə sınaqlar zamanı ilk dəfə Tu-160-da səsdən yüksək sürət əldə edildi.
Strateji raket daşıyıcısı Tu-160, 1997-ci il
Əvvəlcə 100 ədəd təyyarənin istehsalının planlaşdırılmasına baxmayaraq, 1981-ci ildən 1992-ci ilə qədər 36 ədəd Tu-160 hazırlandı. SSRİ-nin dağılmasından sonra, Rusiyada bir dənə də olsun yeni strateji bombardmançı yox idi. Hamısı Ukrayna ərazisində qalmışdı. 1992-1994-cü illərdə altı ədəd təyyarə inşa edilərək Engelsdə bombardmançı hava alayına verildi. 1999-2000-ci illərdə Ukraynadan 11 ədəd strateji bombardmançı (8 ədəd Tu-160 və 3 ədəd Tu-95MS) və 600 ədəd raketi, qaz tədarükünə görə borc əvəzində Rusiyaya verildi. Yerdə qalan on ədəd təyyarə ABŞ-ın təkidi ilə məhv edildi. Sonuncu isə Poltavada muzey eksponatı "vəzifə"sindədir. Bu gün Rusiya Hərbi Hava Qüvvələrinin döyüş tərkibində 16 ədəd Tu-160 mövcuddur.
"Ağ qu quşunun" qiyməti
Ekspertlərin ehtimallarına görə Tu-160 təyyarələrinin qiyməti 250-600 milyon dollar arasında dəyişir (1993-cü ildə media 6 milyard rubl, təxminən 600 milyon dollara yaxın olduğunu açıqlayırdı). Raket daşıyıcısının bir saatlıq uçuşu (döyüşdə istifadə edilmədən) 2008-ci ilin rəsmi rəqəmlərinə görə 580 min rubl (təxminən 23,3 min dollar) təşkil edirdi. Müqayisə üçün: Tu-160-a yaxın Amerika bombardmançısı B-1B-nin dəyəri 317 milyon dollar, uçuşunun bir saatının xərci isə 57,8 min dollardır.
2015-ci ildə müasirləşdirilən versiyada bu bombardmançının istehsalını davam etdirilməsi qərarı alındı. Rusiya Federasiyası Müdafiə Nazirliyi onların seriya istehsalının 2023-cü ildə başlayacağını bildirdi. 2016-cı ilin iyun ayında Aerokosmik Qüvvələrin Baş Komandanı vəzifəsini icra edən Viktor Bondaryev Tu-160M2-nin ilk dəfə 2018-ci ilin sonunda havaya buraxıla biləcəyini ifadə etdi. "Tupolev" İAC-də yüksək səviyyəli modernləşdirilən təyyarələr yaratmağa başlanılıb.
"Qu quşu"nun yenilənməsi
Əvvəlki versiya ilə zahirən oxşar olmasına baxmayaraq, Tu-160M2 təyyarələri döyüş istifadəsini təmin edən yeni sistemlərə və ikikonturlu turboreaktiv mühərriklərin ən son versiyası olan NK-32 (Samaranın "Kuznetsov" İAC istehsalı) forsajlı mühərriklərə sahib oldu.
Rusiya Müdafiə Sənayesi Kompleksinin (MSK) məlumatına görə, yeni təyyarə modernləşdirilən versiyanın eksperimental modeli deyil.
Təyyarədə yalnız kiçik bir modernləşmə icra edilib, əsas qurğu və mühərriklər eyni qalıb. Yeni raket daşıyıcısı üçün tamamilə yeni rəqəmsal sənədlər bu ilin ortalarından etibarən buraxılacaq və onlar olmadan Tu-160M-in inşası mümkün deyil.
MSK-dakı mənbə
Modernləşmə nəticəsində məhsuldarlıq 60 faiz artacaq. Rusiya müdafiə nazirinin müavini Yuri Borisovun sözlərinə görə, Tu-160M2 praktik olaraq yeni bir təyyarə olacaq, effektivliliyinə görə iki dəfə yarım sələfinin üstələyəcək. Yenilənən “Ağ qu quşu”nun görünüşü sovet dövründə yaradılan “böyük qardaşı”nın görünüşü kimi tanınandır.
“Rusiya Müdafiə Nazirliyinin planlarına Tu-160 strateji bombardmançısının istehsalını bərpa etmək də daxildir. Təbii ki, bu günümüzdə olan Tu-160, 80-ci illərin təyyarəsidır, xoşbəxtlikdən yüksək texniki uçuş göstəricilərinə görə zamanı qabaqlayıb. Bu gün üçün də ən yaxşı xüsusiyyətlərə malikdir. Biz danışdığımız ehtimal ki, Tu-160M2 adlandırılacaq və praktiki olaraq yeni bir təyyarə olacaq”, deyə Yuri Borisov bildirib.
RF Aerokosmik Qüvvələrinin uzun mənzilli aviasiya komandanı, general-leytenant Serqey Kobılaşın sözlərinə görə, yeni rəqəmsal texnologiyaların tətbiqi və yüksək dəqiqlikli uzun mənzilli silahlardan istifadə əhəmiyyətli dərəcədə zərbə kompleksinin döyüş imkanlarını artıracaq.
“Geniş resurs imkanlarına malik qənaətcil mühərriklər uçuş məsafəsinin artmasına səbəb olacaq ki, bu da elan olunan güc və silah göstəricilərinə görə Tu-160 strateji bombardmançıları arasında lider mövqelərini qorumağa imkan verəcək”, - deyə Rusiya Aerokosmik Qüvvələri uzun mənzilli aviasiyasının komandanı Serqey Kobılaş bəyan edib.
Səsdən sürətli strateji bomba-raket daşıyıcısı Tu-160
NK-32 mühərriklərinin 02 seriyasının bəzi detallarının modernləşdirilməsi nəticəsində təyyarə daha qənaətcil hala gəlib.
“Təyyarə geniş resurs imkanlarına malikdir. İstehsalı Rusiyada planlaşdırılan bombardmançı uçuş məsafəsinin artması və digər geniş imkanlar qazanacaq. Yeni mühərriklər üçün test plitəsinin yenidənqurma işləri aparılıb və NK-32 enerji blokları ilə işləmək üçün sertifikatlar alıblar”, - deyə Birləşmiş Mühərrikqayırma Korporasiyasından bildiriblər.
“Bütövlükdə mühərrik modernləşmədən keçdi: əsas bloklar, komponentlər və detallar daha qənaətcildir, mühərrik ən yaxşı resurslara malikdir, onun göstəricilərini yaxşılaşması hesabına təyyarə mövcud uçuş məsafəsini minimum min kilometr artıra biləcək”, - deyə Rusiya AeroKosmik Qüvvələrinin keçmiş Baş komandanı, general-polkovnik Viktor Bondarev vurğulayıb.
Kazan Aviasiya Zavodunun mətbuat xidmətindən verilən məlumata görə, nümunə müəssisədə mövcud texnoloji ehtiyat əsasında qurulub.
“Yeni görkəmdə inşa ediləcək Tu-160 təyyarəsi, problemlərinin həlli məqsədilə son montaj bərpası, yeni texnoloji həllərin yoxlanılması, yeni mühərriklərin inkişaf templəri nəzərə alınaraq yaradılacaq", - deyə zavodun mətbuat xidməti məlumat verib.
"Ağ qu quşu"nun imkanları
Yeni təyyarə üçün komponentlər təqdim edən şirkətlər də kənarda dayanmadılar. Tu-160 təyyarələrinin modernləşməsi zamanı "Radio-elektron texnologiya" (KRET) konserni yeni hesablama və kompüter sistemləri, nəzarət vasitələri, ətalət naviqasiya sistemi, radio-elektron mübarizə kompleksi, yanacaq-sərfiyyat ölçmə sistemləri və silahları idarəetmə modulunu yaradıb. Yeni Tu-160M2 gövdə qurğusu modul avionikanın inteqrasiya olunan elementləri ilə hazırlanacaq, sonra isə PAK DA konsepsiyasında istifadə ediləcək. Tu-160M2 üçün bütün radio elektron avadanlıqlarının (BREO) inkişafı 2020-ci ilə qədər başa çatdırılacağı vəd edilib.
S.P. Qorbunov adına Kazan Aviasiya zavodunda texnoloji ehtiyat nəzəriyyəsi əsasında qurulan Tu-160 təyyarəsinin çıxarılması
Radio-elektron texnologiya konserninin (KRET) baş direktorunun müavinin müşaviri bildirib ki, Tu-160M2 təyyarələrinin elektron mühafizə sistemlərinin modernləşdirilməsi üzrə işlər açıq aparılır, bu sisten istənilən tip raketlərdən təyyarəni qoruya biləcək.
“Biz başa düşürük ki, inkişaf etdirilən layihədə konstruktor bürosu tərəfindən hazırlanan yeni mürəkkəb müdafiə kompleksi olacağını başa düşürük. Bu, mümkün olan bütün raket hücumlarından qoruyacaq. Kompleks hədəfləri bir neçə yüz kilometr məsafədə aşkar edəcək”, - deyə KRET baş direktorunun birinci müavini müşaviri Vladimir Mixeyev bildirib.
Onun sözlərinə görə, əlavə olaraq bu təyyarəyə yüksək dəqiqlikli naviqasiya lazımdır.
"Bu mənada naviqasiya üçün tələblər tamamilə dəyişir, hər şey tamamilə yenilənəcək. Bu platformaya yeni ətalət naviqasiya sistemi, yeni astro-naviqasiya sistemi və yeni peyk naviqasiya sistemi quraşdırılacaq", - deyə Mixeyev açıqlayıb.
Gövdə müdafiə kompleksi – bu, aralarında qarşılıqlı əlaqəsi olan, qorunan obyekti təhdid edən təhlükələri təyin və təsnif edən, eləcə də onları neytrallaşdırmaq üçün nəzərdə tutulan texniki vasitələrdir.
Bundan əvvəl Yuri Borisov məlumat verib ki, strateji Tu-160M2 bombardmançıları radioelektronika avadanlıqları ilə maksimal şəkildə birləşdirilməlidir.
"Qu quşu"nun gələcəyi
Yeri gəlmişkən, hərbçilərin Tu-160 təyyarələrinin Tu-160M2 modernləşdirilən versiyasının seriya istehsalına davam etmək planları ilə əlaqədar uzaq məsafəli perspektiv aviasiya kompleksinin (PAK DA) yaradılmasını ləngitdi. Lakin Borisovun sözlərinə görə, PAK DA-nın yaradılması işləri dayandırılmayacaq. Tu-160M2 istehsalında istifadə olunan avadanlıqların yenidən PAK DA proqramında istifadə edilməsi ilə bağlı istehsalçılara göstəriş verilib.
“Tu-160M2 planlaşdırılan radioelektron avadanlıqlar maksimum PAK DA layihəsinə köçürüləcək. Təbii ki, təyyarənin korpusu və mühərrikləri başqa olacaq, lakin qənaət və birləşdirmək mümkün olan yerdə biz bunu edəcəyik ki, layihələrin dəyərinin azaldılmasına nail ola bilək”, - Rusiya Federasiyasının müdafiə nazirinin müavini Yuri Borisov qeyd edib.
Yeni bombardmançının ilk uçuşu 2025 və ya 2026-cı ildə, seriya istehsalı isə bundan bir-iki il sonra baş tuta bilər.
Araşdırma Roman Azanovun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az