“Tarixi torpaqlara qayıdış bizim strateji hədəfimizdir” - İlham Əliyev

2018/02/15180857416341317253_1000x669_1518087762_1518088429.jpg
Oxunub: 2998     18:44     08 Fevral 2018    
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”.

Ordu.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Prezident deyib: “Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın. Tarixi torpaqlara qayıdış bizim siyasi-strateji hədəfimizdir. Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını deyən prezident İlham Əliyev təcrid siyasətinin torpaqlarımız azad olunana kimi davam etdiriləcəyini deyib".

Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan prezident deyib ki, beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir.

“Bizim ən böyük dəyərimiz müstəqilliyimizdir və müstəqilliyimizin banisi ulu öndər Heydər Əliyevdir. Azərbaycanın bu yolla uğurla gedir”.

Ölkə rəhbəri bildirib ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması gələcək illərdə də diqqət mərkəzində saxlanacaq.

Azərbaycanın iştirak etdiyi qlobal layihələrin, Cənub Qaz layihəsinin əhəmiyyətindən danışan dövlət başçısı ölkənin malik olduğu iqtisadi güc və resursların siyasi müstəqilliyimizi də gücləndirdiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Qarabağ  


Bizi "telegram"da izləyin