İdman meydançasında erməni kursantı kim asıb? - ŞAHİDLƏR

2018/02/435345_1517223806123_1518023601.jpg
Oxunub: 4268     01:06     08 Fevral 2018    
Ermənistanda 24236 nömrəli hərbi hissədə baş vermiş ölüm faktının məhkəmə araşdırmaları davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, fevralın 2-də İrəvanın Avan və Nor-Nork məhkəməsində Vazgen Sarkisyan adına hərbi institutda kursant Haykaz Barseğyanın ölüm işi üzrə məhkəmə iclası davam edib.

Bu dəfə şahid Norik Ohancanyan dindirilib. O, ölən kursantın otaq yoldaşı olub. Şahid Ohancanyan həbs edilənlərdən biri Qnel Tevosyanın vəkili Zakaryan tərəfindən dindirilib. O, keçən dəfə olduğu kimi verilən bütün suallara xatırlamadığını, bildiklərini ilkin araşdırma zamanı izahatında göstərdiyini deməklə kifayətlənib.

Ohancanyan bildirib ki, hadisə günü 3 nəfər otağa girərək Haykazı döyüb, onu ora-bura çəkişdiriblər. O, ölən kursant Haykazın səsini və onları söydüyünü eşitdiyini bildirib. Haykazı döyənlərdən birinin Qnel Tevosyan olduğunu görüb, bunu da izahatında qeyd edib.

Ölən kursantın atası şahid Ohancanyanın təkrar dindirilməsinə və yersiz suallara görə etirazını bildirib. Ölən kursantın atası bildirib ki, Xankəndindən təkrar gətirilən şahid Ohancanyana verilən suallarla, vəkil Zakaryan müdafiə etdiyi Qnel Tevosyana guya işlədiyini nümayiş etdirmək istəyir. Bununla da şahidlərin dindirilməsi mərhələsi başa çatıb. Şahidlər nə baş veribsə deyiblər, bu vəziyyət müttəhimlərin valideynlərinin təzyiqləri ilə üzləşib. Atası şahidlərin dindirilməsindən razılıq edib. Müdafiə tərəfinin həqiqəti gizlətməyə cəhdləri boşa çıxıb.

Şahid Norik Ohancanyan qeyd edib ki, Qnel Tevosyanın və Movses Azaryanın qohumları ölən kursantın anasına zəng edərək görüşmək istədiklərini bildirib. O, bildirib ki, onlarla görüşməyib. Lakin ehtimal edilir ki, onların görüşməkdə məqsədləri kursant anasının izahatının dəyişdirilməsini istəməkləri olub.

Növbəti iclas fevralın 12-nə təyin edilib.

Xatırladaq ki, 2015-ci il yanvarın 29-da hərbi institutun kursantı Haykaz Barseğyanın asılmış meyidi idman şəhərciyində aşkar edilib. Hadisə ilə bağlı qaldırılan cinayət işi çərçivəsində Qnel Tevoyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryana qarşı ittiham irəli sürərək onları həbs ediblər.

İttihama görə, 2015-ci il 29 yanvar tarixində gecə saat 02-03 radələrində Ermənistan müdafiə nazirliyinin 24236 nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci batareyasının 408 nömrəli çarpayısında xüsusi amansızlıqla adları qeyd olunan kursantlar tərəfindən hərbi məktəbin digər kusantı Haykaz Barseğyan xuliqanlıq zəminində öldürülüb.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Cinayət   Ölüm  


Bizi "telegram"da izləyin