İşğalçı orduda "dedovşina": Erməni əsgər hər zaman evlərinə zəng edəndə ağlayır

2018/02/resizer565_1518007340.jpg
Oxunub: 3762     20:39     07 Fevral 2018    
1998-ci il təvəllüdlü erməni əsgər Artur Davityananın atası avqust ayından etibarən müdafiə nazirliyi, hospital və oğlunun xidmət etdiyi Vardenisdəki hərbi hissənin yollarında qalıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan MN-nin yarıtmaz idarəçiliyindən şikayətlənən erməni əsgərin atası, oğlunun qilberd sindromu irsi xəstəliyindən əziyyət çəkdiyini bildirib. Bu vəziyyət qanında bilirubinin artmasına, qaraciyər, bəzən dalaq böyüməsi ilə müşayiət olunur.

Erməni əsgərin hazırki vəziyyəti çağırış qabağı həkim müayinəsi zamanı aşkarlanıb. Buna görə qış çağırışından 6 aylıq möhlət hüququ veriblər, ancaq yayda hərbi xidmətə göndərilib.

Həkimlər bu dəfə vəziyyətin daha pis olduğunu desələr də, hərbi həkim komissiyası onu hərbi xidmətə yararlı hesab edib və hərbi xidmətə göndərib. Müxtəlif orqanlara, müdafiə nazirliyinə, ombudsmana edilən müraciətləri cavabsız qalıb.

Hərbi xidmətin 6-cı günü Artur Davityan səhhətindən şikayət etməyə başlayıb.

Avqustun 12-də kilsədə hərbi andiçmə təşkil edilir. Bu zaman huşunu itirən erməni əsgərinə kənd həkimi tibbi yardım göstərir. Kənd həkimi də əsgərin dalağının çox böyük olduğunu qeyd edir. Nəticədə, kilsədən onu birbaşa Vardenisdəki hərbi hissəyə aparırlar. Qısa vaxtda səhhətində yenə problem yaranır və onu İrəvandakı hərbi hospitala gətirirlər. 3 ay burada müalicə olunur. Müayinələr nəticəsində Qilberd sindromu tdiaqnozu təsdiqlənsə də, hərbi həkim komissiyası onu yenidən yararlı sayıb və hərbi hissəyə göndərir.

Ermənistanın mövcud qanunlarına görə, bu cür xəstəliyi olanlara 1 il möhlət verilməli, təkrar müayinədən sonra, mürəkkəb iqlim şəraiti olmayan yerlərdə xidmətə yararlı hesab oluna bilərlər. Bu cür xəstəliyi olan əsgərlərə soyuq şəraitdə xidmət qanunla qadağan olunsa da, Artur Davityanı Ömər aşırımındakı, soyuq xidmət yerlərinə, postlara çıxarıblar. Həmişə evlərinə zəng edib ağlayıb, zabitlər isə onu xidmətdən yayınmaqda “saçoqluq” etməkdə ittiham ediblər. O bildirib ki, onu sevmirlər, daim ağır işlərə göndərirlər, əmrləri yerinə yetirməyə məcburdur. Ancaq sağlamlığı imkan verməsə də daim əzab verirlər.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Dedovşina   Xəstə-əsgərlər  


Bizi "telegram"da izləyin