Düşmən hərbi xidmət haqqında təlimatı dərc etməkdən boyun qaçırır

2018/02/JFY0T3TLjnNArRFObvh6L9yEOk_1507198121456_1517987682.jpg
Oxunub: 0     15:13     07 Fevral 2018    
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin 15 yanvar 2014-cü il tarixli əmri ilə təsdiq edilmiş təlimatın sürətini müdafiə nazirliyi dövlət sirri kimi qələmə verərək, dərc etməməkdə davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaşlıq Assambleyasının ofisinin saytında məlumat verilir. Təlimat hərbi xidmətin məhdudlaşdırılması xüsusiyyətlərinə, icazə verilən fiziki məşqlərə və hərbi qulluqçuların vəzifələrə təyin olunma məhdudiyyətlərinə aiddir.

20 iyul 2017-ci ildə keçirilən məhkəmə iclası zamanı Ermənistan müdafiə nazirliyinin nümayəndəsi bildirib ki, təlimat Ermənistan MN-nin 04.08.2013-cü il 410N nömrəli əmrinə əlavə olaraq arlis.am saytında yerləşdiriləcək. Lakin bu təlimat həmin mənbədə yerləşdirilməyib.

Daha sonra təkmilləşdirilmiş yeni variantın yerləşdiriləcəyi də bildirilib. Təkmilləşdirilmiş variantın yeni hüquqi aktlara uyğunlaşdırıldığı deyilir. Lakin Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi məhz 15 yanvar 2014-cü ildə baş qərargah rəisinin təsdiqlədiyi təlimatın lazım olduğunu bildirir. Bunu tələb etməkdə məqsəd yeni layihədə nəzərdə tutulanları müqayisə etməkdən ibarətdir.

Məhkəmə Ermənistan müdafiə nazirliyinin nümayəndəsindən, 19 mart tarixinə təyin edilən növbəti iclasda əmrin məxfi olduğunu sübut edən hissəni təqdim etməyi tələb edib. Zərurət olduğu halda əmrin məxfiliyinə qapalı iclasda baxılacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Hərbi-xidmət   Saxtakarlıq  


Bizi "telegram"da izləyin