“Raytheon” “D13”lə müqavilə bağlayıb

2018/01/2654584854515152_1515511611.png
Oxunub: 2849     01:33     10 Yanvar 2018    
“Raytheon” və Avstraliyanın “Departament 13 İnternational” (D13) şirkəti PUA əleyhinə silah texnologiyalarının inkişafı və satılması üzrə müqavilə imzalayıb.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə sözügedən şirkətlər məlumat yayıb.

Məlumatda bildirilir ki, şirkətlər “D13”ün hazırki texnologiyalarının satışını həyata keçirməklə yanaşı, yeni texnologiyalar üzərində birgə çalışacaqlar.

“D13” hal-hazırda az güclü, qeyri-kinetik PUA əleyhinə hücum sistemi olan “Mesmer”i inkişaf etdirir. “Mesmer” kinetik təsirlərdən istifadə etmək əvəzinə düşmən PUA-larını istiqamətini dəyişdirərək, yaxud idarəetməsini ələ keçirərək dayandırır.

“D13”ün meneceri Conatan Hunter bildirib ki, “Raytheon”un PUA, missiya idarəetməsi və əmr-nəzarət sistemləri bazarında qlobal lider olması imzalanan kontraktı daha əhəmiyyətli edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   Avstraliya   D13   PUA  


Bizi "telegram"da izləyin