Pentaqon: Hmeymim və Tartusa hücum edən PUA-lar açıq satışda var

2018/01/345345345_1515505768.jpg
Oxunub: 3321     21:48     09 Yanvar 2018    
“Rusiyanın Suriyada yerləşən hərbi obyektlərinə hücum həyata keçirən pilotsuz uçuş aparatları açıq satışda var və onlar Yaxın Şərqdə terrorçular tərəfindən istifadə olunur”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Adrian Renkin-Hellouey Rusiyanın Hmeymim və Tartusda yerləşən hərbi bazalarına həyata keçirilən hücumları şərh edərkən bildirib.

“Mənim Rusiya Silahlı Qüvvələrinin Suriyada nə ilə üzləşdikləri barədə heç bir məlumatım yoxdur”, - deyə Renkin-Hellouey bəyan edib.

Onun sözlərinə görə, İŞİD-lə mübarizə aparan koalisiya qüvvələri və ABŞ-ın müttəfiqləri özləri də belə PUA-ların hücumuna məruz qalıblar.

“Onların alınması asandır, idarə edilməsi də rahatlıqlar həyata keçirilir və şübhəsiz ki, onlar əhəmiyyətli texniki ekspertizaya ehtiyac duymur”, - deyə Pentaqon nümayəndəsi bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   PUA   Pentaqon  


Bizi "telegram"da izləyin